Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ilin dekabr ayında görüşə bilərlər.
Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
O, qeyd edib ki, razılaşma olacağı təqdirdə, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü dekabrda Slovakiyanın paytaxtı Bratislavada ATƏT-in xarici işlər nazirlərinin iclası zamanı baş tuta bilər. /APA