XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 May 2015 - 17:32

Ukrayna defolt olacaq

Ukraina_1.jpg

Ukraynanı tezliklə defolt gözləyir. Bu barədə ABŞ-ın nüfuzlu Financial Times qəzeti yazıb. Qəzetə açıqlamasında Ukraynanın maliyyə naziri Natalya Yaresko bildirib ki, Kiyev xarici kreditorlarla ölkənin borclarının restruktizasiyası ilə bağlı razılaşma əldə edə biləcək. Nazir bildirib ki, yayın sonuna qədər razılıq əldə olunmasa, ölkə defolt olacaq. Kiyev öz maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək.

Bankirlərin nöqteyi-nəzərindən Ukraynanın defolt olmaq təhlükəsi çox realdır. JPMorgan şirkətinin analitikləri isə qeyd ediblər ki, investorlarla danışıqlar dalana dirənib və hələ ki, heç bir irəliləyiş yoxdur.

Ekspertlərin fikirincə, belə mürəkkəb məsələlərlə bağlı bir neçə həftə ərzində razılışma əldə olunması qeyri-real görünür.

Strateq.az