XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2019 - 20:30

Serj Sarqsyanın kürəkəni:"Paşinyan Ermənistanı sarı qəzetə çevirib"

“Baş nazir Nikol Paşinyan Ermənistanı sarı qəzetə çevirib”.

Bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni, Yerevanın Vatkandakı keçmiş səfiri Mikael Minasyan “Qraparak” qəzetində dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, Paşinyan Ermənistanı “Haykakan jamanak” qəzetinin baş redaktoru kimi idarə edir: “Söhbət heç də klassik sarı qəzetdən getmir. Onun idarəetmə prinsipləri və davranışında heç nə dəyişməyib. Sadəcə, o, redaksiyanın mikromühitini böyük miqyasla əvəzləyib. Biz indi “Haykakan jamanak” ölkəsində yaşayırıq”, – M.Minasyan yazıb./Report