XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 11:41

Türkmənistanda tapılan neftçinin kimliyi məlum oldu – [color=red]SOCAR-dan açıqlama

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

Strateq.az SOCAR-a istinadən xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.