XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 Fevral 2016 - 11:49

BDU-nun dekanı xəstəxanaya yerləşdirilib – [color=red]Səbəb

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev insult keçirib. 

Bu barədə Modern.az-a Şamil Vəliyevin yaxınları məlumat veriblər.

Bildiriblər ki, ötən gecə dekanın səhhəti pisləşib və təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, insult keçirib.

Xəstəxanadan isə bildirilib ki, Şamil Vəliyevin vəziyyəti stabildir.

“Bundan başqa heç bir məlumat verə bilməyəcəyik”, – deyə, professorun yaxınları bildiriblər.

Qeyd edək ki, professor, filologiya elmləri doktoru, əməkdar jurnalist Şamil Vəliyev 2012-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanıdır.