XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 October 2019 - 09:56

“Hagibis” tufanı nəticəsində azərbaycanlılar xəsarət almayıb –Rəsmi

Yaponiyada baş verən “Hagibis” tufanı nəticəsində xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.

Bu barədə “Report”a Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.

Oktyabrın 17-dək tufan nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, 10 nəfərin itkin düşdüyü, 340 nəfərinisə xəsarət aldığı bildirilir. Ən çox itkilər Hönşü adasının şimal-şərqində yerləşən Fukuşima və Miyaqi prefekturalarında, həmçinin Tokionun cənub-qərbində yerləşən Kanaqava prefekturasında qeydə alınıb.

Tufanın keçdiyi ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. Hökumət əraziyə ərzaq məhsullarının, içməli suyun və digər ilkin tələbat mallarının çatdırılmasını ciddi nəzarətdə saxlayır.

Xatırladaq ki, oktyabrın 12-də Yaponiyanın əsas adasına çatan “Hagibis” tufanı böyük ərazidə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.