XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

17 Oktyabr 2019 - 10:04

Bu gün beş rayonun qaz təchizatında fasilələr olacaq –Xəbərdarlıq

Bu gün “Qaz İxrac” İdarəsinin Qaz Paylayıcı Stansiyalarda aparacağı yenidənqurma işləri ilə bağlı saat 08:30-dan 19:00-dək Sabirabad, Saatlı, İmişli və Şəmkir rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilələr olacaq.

“Azəriqaz”dan Strateq.az-a verilən məlumata görə, saat 09:00-dan 18:00-dək diametri 315 mm olan polietilen orta təzyiqli yeraltı qaz xəttində aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Ağsu rayonunun mərkəzinin bir hissəsi və bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.