XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2016 - 12:37

Böyük Britaniya Bakıya yeni qadın səfir göndərir – [color=red]FOTO

sefir ingilis.jpg

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, bu vəzifəyə diplomat Kerol Meri Kroft təyin olunub.

Yeni səfir mayda Azərbaycana gələcək.

Kerol Meri Kroft bu vəzifədə İrfan Siddıqı əvəz edəcək. İ.Siddıqı 2013-cü ildən Azərbaycanda çalışır.

K.M.Kroft 1987-ci ildən Böyük Britaniyanın xarici işlər sistemində çalışır. Diplomat indiyədək ölkəsinin XİN sistemində müxtəlif vəzifələr tutub.