XƏBƏR LENTİ

16 Noyabr 2019
15 Noyabr 2019

Digər Xəbərlər

17 Oktyabr 2019 - 12:27

XİN başçısı bu gün parlamentdə sualları cavablandıracaq –"Keşikçidağ"la bağlı

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu gün parlamentdə “nazir saatı” formatında çıxış edəcək.

Bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava bildirib.

Onun sözlərinə görə, nazir çıxışı zamanı bir sıra məsələlərə toxunacaq: “David Zalkaliani çıxışında rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüş, işğal altında olan ərazilərdə vəziyyət barədə danışacaq. Nazir həmçinin David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi) ətrafında baş verən proseslərə də toxunacaq”.

D.Zalkalianinin çıxışından sonra debatlar keçiriləcək.