XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2019 - 20:06

AVRO-2020:Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirilib

Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya qarşı keçirəcəyi matçın stadionu dəyişdirilib. 

Slovakiya Futbol Federasiyası xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda baş tutmayacaq. UEFA görüşün Trnava şəhərindəki Anton Malatinski adına stadionda olacağını təsdiqləyib.

Buna səbəb Bratislavadsakı arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır.

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq/Report.