XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

09 May 2015 - 21:08

ABŞ-ın 150 konqresmeni İrana görə Obamaya təşəkkür etdi – MƏKTUB

obama.jpg

Amerikanın 150 konqresmeni İranın nüvə proqramının həlli üçün diplomatik müzakirələri seçməsinə görə Obamaya təşəkkür edib və bu prosesin davam etməsini istəyib.

Strateq.az “Səhər” Beynəlxalq Televiziyasına istinadən bildirir ki, bu barədə Amerikanın dövlət radiosu məlumat yayıb. Məlumata görə, ABŞ Konqresinin 150 nümayəndəsi prezident Barak Obamaya məktubda qeyd edib: “İranın nüvə proqramı barədə müzakirələrin davam etdiyi halda, elan olunan yeni siyasi çərçivə əsasında bu prosesi davam etdirməyinizi və 5+1 Qrupu ilə İran arasında dəqiq və isbat oluna biləcək anlaşmaya doğru irəliləmənizi arzulayırıq”.

Məktubda qeyd olunub ki, əgər ABŞ bu müzakirələrdən imtina etsə və yaxud onun iflasa uğramasına səbəb olarsa, İranın atom silahının qarşısının alınması üçün sülhməramlı yolun seçilməsində də iflasa uğrayacaq: “üstəlik, İranın belə məqsədi əldə etməsinə şərait yaradacağıq. Bu halda ehtimal üzrə neçə tərəfli sanksiyalar siyasəti məğlubiyyətlə üzləşəcək və nəticədə İran öz atom proqramını maneəsiz və məhdudiyyətsiz şəkildə sürətləndirəcək”.