XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2019 - 14:12

Səhiyyə Nazirliyi:"Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır"

Səhiyyə Nazirliyi Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış körpə ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

Qeyd olunub ki, uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib: “Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”.