XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2019 - 16:26

İraqın XİN başçısı Azərbaycana gələcək –Bu tarixdə

İraqın xarici işlər naziri Məhəmməd Əli Əl-Hakim Azərbaycana səfər edəcək.

“Report” diplomatik mənbəyə istinadən xəbər verir ki, XİN başçısı ölkəsini oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində təmsil edəcək.

Bundan əlavə, M.Əl-Hakim oktyabrın 23-24-də təşkilatın Nazirlər Şurasının iclasında da iştirak edəcək.