XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2019 - 17:26

Xəzərin Azərbaycan sektorunda dənizaltı seysmoqraflar qurulacaq –RSXM

Bu ilin sonunadək Xəzərin Azərbaycan sektorunda dörd dənizaltı seysmoqraf qurulacaq. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) məlumatında deyilir.

Mərkəzdən bildirilib ki, seysmoqrafların qurulacağı yerlər artıq təsdiqlənib və bu işlər “Ümid”, “Bahar” və “Günəşli” yataqlarında aparılacaq.

RSXM-in uzunmüddətli planlarına dənizdə seysmoloji tədqiqatlarının keyfiyyətinin artırılması daxildir. Hazırda Azərbaycanda istismarda olan seysmik stansiyaların sayı 35-dir. Stansiyalar peyk sisteminə qoşulub. Ölkə ərazisinin seysmik aktiv nöqtələrində quraşdırılan vibrasiya sensorlarından məlumatlar peyk vasitəsilə real vaxt rejimində Bakıda yerləşən baş stansiyaya ötürülür. Məlumatlar emal edildikdən sonra, sistem zəlzələnin dəqiq yeri, vaxtı və gücü barədə məlumat verir.