XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2019 - 20:05

Avtobus istehsalı zavodunun inşasının 50 faizi tamamlanıb –“Azərmaş” ASC-nin İdarə Heyətinin sədri

“Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun inşasının 50 faizi tamamlanıb”.

Bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, zavodun tikintisinin başa çatdırılmasını 2020-ci ilin may ayında gözlənilir.

Xatırladaq ki, bu ilin aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş Sənaye” MMC-nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Bu layihədə 25%-i “Azərmaş”a,  75%-ı isə “Kartal Az”a məxsusdur.

Qeyd edək ki, layihənin ümumi dəyəri 10 milyon avro təşkil edır. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodda ilkin mərhələdə 500 ədəd, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobilləri istehsal olunacaq. Bir ədəd avtobusun qiyməti modelindən asılı olaraq 135-200 min avro, yük avtomobilinin qiyməti 70-90 min avro təşkil edəcək. (Report)