“YPG terror təşkilatı Suriyanın şimalında 750 İŞİD üzvünü həbsdən azad edib”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi media nümayəndələri ilə görüşündə deyib.
Türkiyə Prezidenti bildirib ki, 750 İŞİD- üzvündən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub.
Tel Abyad və Rasulaynın terrorçulardan təmizləndiyini vurğulayan Ərdoğanın sözlərinə görə, YPG-nin 120 saat ərzində təhlükəsiz bölgədən geri çəkilməsinə ABŞ məsuliyyət daşıyır.
“Həyatımız boyu terror təşkilatları ilə mübarizə aparacaq halımız yoxdur. Suriya rejimi də terror təşkilatları ilə mübarizə aparmalıdır”, – deyə Ərdoğan qeyd edib.
O, Suriyanın şimalında 12 müşahidə məntəqəsinin qurulacağını da açıqlayıb. /APA