XƏBƏR LENTİ

28 Fevral 2020
27 Fevral 2020

Digər Xəbərlər

19 Oktyabr 2019 - 20:54

Nur-Sultanda Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə bağlı xiyaban açılıb- FOTO

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi və 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə xiyabanın açılış mərasimi keçirilib.

Bu barədə APA-ya Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfirliyin təşəbbüsü ilə baş tutan tədbirdə şəhərin iqliminə uyğun ağaclar əkilib.

Səfir Rəşad Məmmədov deyib ki, məqsəd Azərbaycanın müstəqillik gününü və diplomatik xidmətin 100 illiyini qeyd etməklə yanaşı, bu yolla təbiətə töhfə vermək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına, ekoloji təhlükəsizliyə yönəltməkdir.

Qazaxıstan Xarici İşlər Nazirliyinin və Nur-Sultan şəhər administrasiyasının rəsmiləri bu aksiya ilə xoş bir ənənənin əsasının qoyulduğunu və Azərbaycanın xeyirxah təşəbbüsünə dəstək göstərdiklərini ifadə ediblər.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və əməkdaşları, şəhər sakinləri, diaspora və media nümayəndələri də iştirak ediblər.