XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2019 - 00:10

Kuba prezidenti Azərbaycana səfər edəcək –Bu tarixdə

Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.

Bu barədə “Report” Kubanın “Radio Habana Cuba” saytına istinadən xəbər verir.

Məlumata görə, o, Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək.

Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah – bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.