XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

20 Oktyabr 2019 - 12:40

Sabah hava necə olacaq? –PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz  20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz  21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Oktyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə  duman olacaq.  Şərq  küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-18° isti təşkil edəcək. /APA