XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2019 - 18:45

Şamaxıda qəzaya düşən alman turist Bakıya göndərildi, səfəri yarımçıq qaldı –FOTO/VİDEO

Şamaxıda motosiklet qəzasına düşən və qolu qırılan alman turist Bakıya göndərilib.

Şamaxı rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilən və ilk müdaxilələr edilən Felix Antonius Bakıya, özəl xəstəxanalardan birinə göndərilib.

Xəstəxananın həkimi Solmaz Tağıyevanın saytımıza verdiyi məlumata görə, əcnəbi qonağın ümumi vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, Orta Asiyadan Azərbaycana gəlmiş almaniyalı Antonius burdan Gürcüstana, daha sonra isə Türkiyəyə getmək istəyirmiş. Ancaq gözlənilməz qəza onun səfərini yarımçıq saxlayıb. /Oxu.az