XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

21 Oktyabr 2019 - 12:48

İsveçrə rəsmisi:“SOCAR-a minnətdarıq”

İsveçrənin tibb və infrastruktur sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyir.

Bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda İsveçrənin Ticarət Palatasının baş direktoru Vinsent Subila bildirib.

“Həmin şirkətlərin nümayəndələri bugünkü tədbirin iştirakçılarıdır”, – deyə o qeyd edib.

İsveçrə rəsmisi iki ölkə arasında əməkdaşlığın inkişafında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xüsusi rol oynadığını da deyib: “SOCAR-ın İsveçrədəki yanacaqdoldurma məntəqələri sayəsində vətəndaşlarımız Azərbaycan məhsullarından istifadə edir. Bunun üçün şirkətə minnətdarıq.

Bundan başqa, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İsveçrənin Cenevrə şəhərinə uçuşlar həyata keçirir. Bu isə ikitərəfli biznes əlaqələrinin inkişafı üçün vacibdir”. (Report)