“Azərbaycanda elektrik enerjisi təchizatı sahəsində dayanmadan işlər gedir”.
Bunu Energetika nazirinin müavini Elnur Soltanov deyib.
“Elektrik enerjisi sahəsində iki əsas məqam var: istehsal və təchizat. İstehsalda atılan addımlar maya dəyərinin azaldılması deməkdir və dövlətin çiynindən subsidiya yükünün atılması mənasına gəlir. Amma xüsusən də təchizat sahəsində atılan addımlar – qoşulma qaydalarının sadələşməsi bu artıq xidmət keyfiyyəti deməkdir. Mənə elə gəlir ki, son irəliləmələrin əsas səbəbi təchizat sahəsində atılan addımlardan qaynaqlanır. Əlbəttə ki, bu qürurvericidir”, – deyə o qeyd edib. (Report)