XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 October 2019 - 18:19

Azərbaycanda urbanizasiya səviyyəsi 55%-ə yaxınlaşıb –AYİB

Azərbaycanda 2017-ci ildə şəhər əhalisinin səviyyəsi ümumi əhalinin təxminən 55%-i təşkil edib.

Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Yaşayış üçün əlverişli şəhərlərin salınması: regional perspektivlər” adlı yeni hesabatına deyilir.

Hesabatda bölgədəki digər ölkələr üzrə də məlumatlar əks olunub. Məsələn, Gürcüstanda urbanizasiya səviyyəsi təxminən 60% təşkil edib.

Azərbaycanda şəhər əhalisinin artım tempinə gəldikdə, hesabata əsasən, 2017-ci ildə bu göstərici təxminən 2%-ə çatıb. Ermənistan və Gürcüstanda 2017-ci ildə urbanizasiya templəri daha aşağı olub – müvafiq olaraq 0,6% və 0,2%. (apa)