XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

21 Oktyabr 2019 - 19:11

UEFA AVRO-2020-nin himnini yazacaq müəllifi müəyyənləşdirib

UEFA holland musiqiçisi Martin Qarriksi 2020-ci ildə keçiriləcək Avropanın çempionatının rəsmi himninin müəllifi seçib.

Martin Qarriks 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının bağlanışı mərasimini musiqi ilə müşayiət edib.  Həmin il o, “Formula-1”  üzrə Yaponiya Qran-prisində də çıxış edib.

“Mən 2020-ci ilin futbol üzrə Avropa çempionatının himnini yazmaq imkanı ilə fəxr edir, sizin hamınızın onu eşidə biləcəyiniz anı səbirsizliklə gözləyirəm”, – deyə 23 yaşlı Qarriks “Twitter”dəki səhifəsində yazıb.

AVRO-2020-nin rəsmi mahnısı və onu oxuyacaq müğənni yazda təqdim ediləcək. Mahnı yarışın açılış mərasimində – 12 iyun 2020-ci ildə Romada, “Olimpiko” stadionunda ifa olunacaq.

Musiqi və futbol azarkeşləri noyabrın 30-da Buxarestdə keçiriləcək AVRO-2020-nin final püşkatmasında Martin Qarriks ilə görüşmək şansı da əldə edə biləcəklər. Bu şansa sahib olmaq üçün www.euro2020.com/Martin-Garrix keçidinə daxil olmaq və şərtlərlə tanış olmaq lazımdır.

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə qitənin 12 şəhərində – Londonda, Münhendə, Bakıda, Sankt-Peterburqda, Romada, Buxarestdə, Dublində, Kopenhagendə, Bilbaoda, Qlazqoda, Budapeştdə və Amsterdamda keçiriləcək. (Report)