XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 11:17

Şəhid olan əsgərimiz torpağa tapşırıldı – [color=red]FOTO

Azərbaycan Ermənistan dövlət sərhəddində qarşı tərəfin açdığı atəş nəticəsində dünən şəhid olan əsgər İmran Mirzəyev bu gün doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində torpağa tapşırılıb. 

ANS-ın məlumatına görə, dəfn mərasimində şəhidin döyüş yoldaşları, qəsəbə sakinləri və rayon rəhbərliyi də iştirak edib.

Qeyd edək ki, iki bacının yeganə qardaşı olan 20 yaşlı İmranın hərbi xidməti başa vurmasına 2 aydan bir qədər artıq müddət qalmışdı.

Şəhidin cənazəsinin üzərinə salınan üç rəngli bayraq hərbiçilər tərəfindən onun dayısına təqdim edlib.

"Şəhidimiz bizim hamımızın balasıdı. O bizim qəlbimizdə daim yaşayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin. Vətən sağ olsun!" – deyə, şəhidin dayısı Rasim Nəsibov bildirib. 

Dəfn mərasiminin sonunda şəhidə ehtiram əlaməti olaraq havaya yaylım atəşi açılıb. 

Xatırladaq ki, əsgər İmran Mirzəyev fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfin təxribatı nəticəsində şəhid olub.

Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Müdafiə Nazirliyi bildirib ki, son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq, düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 116 dəfə atəş zərbəsi endirib.