XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

10 May 2015 - 06:54

15 000 nəfər Olimpiya stadionundakı ilk məşqə qatılıb –FOTO

Alipiya stadion.jpg

Mayın 9-da Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə, eləcə də, atletika idmanı üzrə yarışlara ev sahibliyi edəcək, yeni tikilmiş Bakı Olimpiya Stadionunda uğurlu hazırlıq tədbiri həyata keçirib.

BAOƏK-dən verilən xəbərə görə, bu tədbir, əməliyyatların hazırlığını təmin etmək və açılış mərasimindən öncə komandalara Oyunlar zamanı keçiriləcək əməliyyatların ab-havasını yaşatmaq məqsədilə BAOƏK-ın son aylarda keçirdiyi genişmiqyaslı təlim proqramının və sınaq tədbirlərinin bir hissəsini təşkil edir. (APA)

Tədbirdə Bakı 2015-in Alovqoruyanları, BAOƏK-in işçi heyəti də daxil olmaqla 15000 nəfər iştirak edib. Bu tədbir, şəhər boyunca nəqliyyat sistemini, tamaşaçıların və VIP qonaqların hərəkətini, bilet sistemini, təhlükəsizlik tədbirlərini və Oyunların ümumi təşkilatçılığını yoxlamaq üçün imkan yaradıb.

Həmçinin, tədbir iştirakçılarına müğənni Tünzalə Ağayeva da daxil olmaqla Bakı 2015-in Ulduz elçilərinin çıxışlarından ibarət əyləncəli proqram da təqdim olunub. Tünzalə Ağayeva, xüsusi olaraq Bakı 2015 ilk Avropa Oyunları üçün bəstələnmiş “Bakımın üzü gülür” adlı mahnını ifa edib.