XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 16:24

Kim Çen Inın müavini Bakıya gəlir –Sammitə görə

Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə görüşündə iştirak etmək üçün Şimali Koreya Dövlət Şurasının sədr müavini, Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin rəhbərlik etdiyi nümayəndə heyəti Pxenyandan yola düşüb.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen Indır.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək/Report.