XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

23 Oktyabr 2019 - 00:27

Türkiyənin nəqliyyat naziri:“BTQ-yə nə qədər çox ölkə qoşularsa, daha da effektiv olar”

“Bakı-Tbilisi-Qars yalnız ticarətə deyil, bölgədə turizmin inkişafına da töhfə verəcək”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turan jurnalistlərə bildirib.

Nazir deyib ki, BTQ yalnız Türkiyə, Azərbaycan və Gürcüstanın iqtisadi inkişafı üçün deyil, ümumilikdə, bölgədə iqtisadi inkişafa xidmət edəcək.

Onun sözlərinə görə, BTQ-nin sərnişin daşınmaları üçün istifadəsinə başlanılmasından sonra bu layihə bölgədə turizmin inkişafına da töhfə verəcək.

Rusiyanın BTQ-yə qoşulmasına gəlincə, nazir deyib ki, bu dəmir yolu layihəsi iqtisadi cəhətdən faydalıdır: “Bu dəhlizlə nə qədər çox yük daşınarsa, nə qədər çox ölkə qoşularsa, layihə daha da effektiv ola bilər”.

Report