XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2019 - 09:30

XİN Macarıstanı təbrik edib –Milli Gün münasibətilə

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Macarıstanı Milli Gün münasibətilə təbrik edib.

Bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində qeyd olunub.

“Milli Gün münasibətilə Macarıstana və dost Macar xalqına ən səmimi təbriklərimizi çatdırır, sülh və firavanlıq diləyirik. Inanırıq ki, Macarıstan və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcəkdir”, – XİN bildirib.