XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 16:42

Formula 1 yarışları [color=red] Azərbaycanda 10 il keçiriləcək

formula-1.jpg

Azərbaycan təşkilatçıları Formula 1 Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb, BBC bu barədə rəsmi məlumat alıb.

Formula 1-ə rəhbərlik edən FOM şirkəti ilə Bakı yarışlarını təşkil edən Baku City Circuit arasında müqavilənin imzalanması iki il əvvəl bəyan edilsə də, kontraktın detalları indiyədək açıqlanmamışdı.

Yarışa sahiblik etmək üçün illik ödənişin nə qədər olacağı "məxfilik şərtinə" görə açıqlanmır, lakin BBC Azərbaycancaya danışan britaniyalı Formula 1 eksperti bunun 2016-cı ildə 34 milyon dollar olaraq hər il təxminən 10 faiz qalxacağını bildirib.

Formula 1 yarışlarının neçəyə başa gəlməsi barədə təxminlər arasında fərq böyük olsa da, Bakıdakına bənzər küçə yarışlarını təşkil etmək hər il "80-90 milyon dollara" başa gəlir, ekspert Christian Sylt BBC Azərbaycancaya deyib.

Bundan başqa, Gənclər və İdman naziri Azad Rəhimovun sözlərinə görə, Formula 1 yarışı üçün təkcə yolların hazırlanmasına 12 milyon manat sərf olunacaq.

5 milyon manat isə tədbirlərin, seminarların keçirilməsinə, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə yönəlib.

Təşkilatçılar BBC Azərbaycan xidmətinin sorğusuna cavab verib: "Əlbəttə BCC [Baku City Circuit] bilir ki, bu qədər böyük tədbiri təşkil etmək üçün böyük vəsait tələb olunur. Lakin biz inanırıq ki, ümumi iqtisadi təsir, milli iqtisadiyyata çox böyük xeyir verəcək – həm qısa, həm də uzun müddətdə, həm bilavasitə həm də dolayı şəkildə. "Yarışların qiymətini hökumət ödəyəcəkmi" sualına BCC cavab verməsə də bildirib ki, gəlirlər üçün sponsorların dəstəyinə və biletlərin satışına güvənir".

Daha əvvəl BBC Azərbaycancanın gördüyü rəsmi sənədə əsasən, 2016-cı ildə ölkədə beynəlxalq idman yarışlarının keçirilməsi üçün dövlət büdcəsindən 324 milyon manat ayrılması nəzərdə tutulub. Bundan sonra büdcə yenidən nəzərdən keçirilib deyə bu rəqəmin dəyişməsi mümkündür.