XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

23 Oktyabr 2019 - 11:50

Azərbaycan və Gürcüstan yükdaşımalara vahid tariflərin tətbiqi ilə bağlı danışıqlara başlayıb –Nazir müavini

“Gürcüstan bir sıra ölkələrlə yük daşımalarına vahid tariflərin tətbiq olunması ilə bağlı danışıqlar aparır”.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Akaki Saqiraşvili bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı işçi qrupun yaradılması barədə razılıq əldə olunub.

Nazir müavini qeyd edib ki, tarif sazişi dəhlizin rəqabətliliyini artıracaq: “Bu məsələ ilə bağlı bizim region ölkələri ilə ikitərəfli və çoxtərəfli görüşlərimiz olub. Biz Bolqarıstan, Ukrayna, İran, Türkiyə də daxil olmaqla dəhlizdə əsas həlqələr olan ölkələrlə münasibətlərin dərinləşdirilməsini hədəfləmişik”.

A.Saqiraşvili bildirib ki, yaxın zamanlarda bərə gəmiləri ilə daşınma və yük daşımaları ilə bağlı araşdırma aparılacaq: “Araşdırma əsasında biz tərəfdaşlarımızla plan işləyib hazırlaya bilərik. İşçi qrup hələlik üçtərəfli olacaq. Lakin ötən gün Azərbaycan tərəfi ilə danışıqlar aparıldı. Azərbaycan da bu qrupa qoşulacaq”. (Report)