XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 October 2019 - 12:40

“Dəməşqdəki rejimlə əlaqəmiz yoxdur” –Türkiyə XİN başçısı

“Türkiyənin Dəməqdəki Bəşər Əsəd rejimi ilə heç bir əlaqəsi yoxdur”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Dəməşqdəki rejim ölkəyə nəzarət edə bilmədiyi üçün Adana müqaviləsini yerinə yetirə bilmir: “Rusiya və İran rejimin təminatçısı kimi çıxış etdiklərindən bu müqavilə əsas götürülür”.

XİN başçısı deyib ki, Bəşşar Əsədlə PKK/YPG-PYD birlikdə fəaliyyət göstərə bilər: “O zaman biz də lazımi addım atacağıq. Biz Rusiya ilə bu barədə müzakirələr aparmışıq. Rusiya tərəfi bildirdi ki, keçmişdə olanlar qüvvədə deyil. Rusiya bunun baş verməsi mümkün olmayacağını, Dəməşq rejiminin də belə bir addım atmayacağını vurğulayıb”. /Report