XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2019 - 23:43

Çempionlar Liqası:"Ayaks"la "Zenit" uduzdu

Bu gün Çempionlar Liqasında qrup mərhələsində keçirilən 2 oyun başa çatıb.

Strateq.az xəbər verir ki, “Ayaks” öz meydanında İngiltərənin “Çelsi” komandasına minimal hesabla uduzub – 1:0.

Oyunda yeganə qolu 86-cı dəqiqədə Mişi Batşuayi vurub.

Bu qələbə sayəsində “Çelsi” xallarını 6-ya çatdıraraq, H qrupunda eyni xala malik “Ayaks”la şərikli lider olub.

“Leyptsiq” isə Almaniyada Rusiya “Zenit”i üzərində əzmkar qələbə qazanıb – 2:1

Bununla da xallarını 6-ya çatdıran “Leyptsiq” liderliyə yüksəlib. 4 xala malik “Zenit” isə Fransa “Lion”u ilə 2-3-cü yerləri bölüşür.