Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Strateq.az xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:55-də start götürəcək.