XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 October 2019 - 20:19

Avropa İttifaqı Brexitlə bağlı qərarı nə vaxt verəcək? –Tarix açıqlandı

Avropa İttifaqı Brexitlə bağlı qərarını cümə günü açıqlayacaq.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Brüsseldə toplaşan səfirləri İngiltərənin Brexiti təxirə salmaq istəyi ilə əlaqədar qərarın təxirə salınıb-salınmayacağını oktyabrın 25-də elan edəcəklər.

Xatırladaq ki, Avropa Şurasının prezidenti Donald Tusk üzv ölkələrin liderlərinə Brexitin təxirə salınmasını tövsiyə edib. O, Britaniyanın Aİ-ni razılaşma olmadan tərk etməsinin qarşısını almağın zəruriliyini vurğulayıb.

Xatırladaq ki, Britaniyanın Baş Naziri Boris Conson Brexitin yanvarın 31-nə qədər təxirə salınması üçün Avropa İttifaqına məktub yazıb/Azərtac.