XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2016 - 07:58

Bakının mərkəzi prospektində təmir – [color=red]Hərəkət məhdudlaşdırılır

Paytaxtın Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən “Azneft dairəsi”nə qədər olan hissəsinə yeni asfalt örtüyü çəkilir. Bununla əlaqədar olaraq, həmin hissədə avtomobillərin hərəkəti qısa müddət üçün məhdudlaşdırılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin İctimai Əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bunu nəzərə alaraq, Bakı-Ələt yolunun 14-cü kilometrindən III kənar dairəvi yolla, 20 –ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi istiqaməti, Bayıl qəsəbəsindən Xanlar, Mikayıl Hüseynov küçələri vasitəsilə Mehdi Hüseyn yaxud Parlament prospekti istiqaməti, eləcə də Yusif Səfərov, 28 May küçəsi kəsişməsindən Zərifə Əliyeva, Rəşid Behbudov küçələri kəsişməsindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dəyişdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətlərdə süni sıxlıq və tıxacların yaranmaması üçün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilsin, alternativ yollara üstünlük verilsin.