Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
Strateq.az Azərtac-a istinadla xəbər verir ki, hər iki qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.