XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 22:52

Avropa Liqası:"Qarabağ" APOEL-lə "sülh"ə razılaşdı

UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.

Strateq.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL komandasını qəbul edib.

Oyunun 13-cü dəqiqəsində “Qarabağ”lı Dani Kintana hesabı açıb – 1:0

Qonaqlar 29-cu dəqiqədə hesabı bərabərləşdiriblər – 1:1.

İlk hissəyə əlavə olunmuş dəqiqədə (45+1) qonaqlar daha bir qol vurublar – 1:2.

59-cu dəqiqədə “Qarabağ” hesaba tarazlıq gətirib – 2:2

Oyun bu hesabla başa çatıb.

Bu nəticədən sonra digər rəqiblərindən 1 oyun artıq keçirən “Qarabağ” 4 xalla hələlik 2-ci, “APOEL” isə 1 xalla sonuncu yerdədir.

Onu da qeyd edək ki, bu gün Türkiyənin “Başakşəhər” klubu “Wolfsberq”ə qalib glib – 1:0

“Beşiktaş” isə öz meydanında “Braqa”ya 1-2 hesabı ilə uduzub.