XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 10:36

APOEL-in futbolçusu:"Qələbə hesabını qoruya bilməsək də, qiymətli xal qazandıq"

“Qrupdan çıxmaq baxımından önəmli nəticədir. Qarşıda daha 3 oyunumuz var. Növbəti mərhələyə yüksəlmək istəyirik”.

Bunu APOEL-in futbolçusu Vuros Praksitelis UEFA Avropa Liqasının qrup mərhələsinin III turundan Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçədən sonra deyib.

24 yaşlı müdafiəçi Ağdam təmsilçisinin futbolçusu Abdullah Zubirlə qarşıdurmasında da danışıb: “Hesabda geri düşsək də, mentalitet göstərdik və önə keçməyi bacardıq. Qələbə hesabını qoruya bilməsək də, qiymətli xal qazandıq. Meydanda mütləq qarşıdurmalar olacaq. Zubirə gəlincə, komandama ən yaxşısını vermək istəyirəm. Heç-heçənin yeni bir başlanğıc olduğunu deyə bilmərik. Çünki komandamız həmişə qələbə üçün oynayır. Bu nəticə çempionatdakı növbəti görüşdən başlayaraq uğurlu çıxış etməyimiz üçün əsas ola bilər”.

Qeyd edək ki, İspaniya təmsilçisi “Sevilya” 3 turdan sonra 9 xalla A qrupunun lideridir. “Qarabağ” 4 xalla 2-ci, Lüksemburq “Düdelanj”ı 3 xalla 3-cü sıradadır. APOEL isə 1 xalla sonuncu yerdədir. (Report)