XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 October 2019 - 11:29

APOEL-in vitse-prezidenti:“Bakıya qələbə üçün getsək də, bir xalla kifayətləndik”

“Qarabağ”la oyun çox çətin oldu. Bakıya qələbə üçün getsək də, bir xalla kifayətləndik”.

Bunu Kiprin APOEL klubunun vitse-prezidenti Xaris Fotiu deyib.

Klub rəsmisi Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la Bakıdakı görüşü barədə fikirlərini açıqlayıb: “Digər oyunlarla müqayisədə daha yaxşı çıxış etdiyimiz görünürdü. Lakin APOEL daha da yaxşı oynayacaq. Mən azarkeşləri oyunlarımıza dəvət edirəm. Bu görüşdə qalib gəlmək imkanımız da var idi. Ümid edirəm ki, oyundan-oyuna artırmaqda davam edəcəyik. Daha ciddi olmalı, üzərimizdə işləməliyik. Nikolas İoannounun zədəsi ciddi deyil. Lakin istənilən halda onu əvəz edə biləcək oyunçularımız da var”.

Qeyd edək ki, “Qarabağ” – APOEL oyunu 1:1 hesabı ilə başa çatıb. (apa)