XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 12:05

“Azərbaycan Dəmir Yolları”:Yevlax-Bərdə mənzilində bədbəxt hadisə baş verib

Oktyabrın 24-də, saat 23:05 radələrində Yevlax-Bərdə mənzilində xəsarətlə nəticələnən hadisə qeydə alınıb. 

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, teplovoz Yevlax-Bərdə mənzilinin 31-ci kilometrində hərəkətdə olan zaman Ağdam rayonundan olan 1979-cu il təvəllüdlü Mənsurə Fərhad qızı Quliyeva və 1988-ci il təvəllüdlü Kənan Elbrus oğlu Məmmədov qadağan olunmuş yerdən dəmir yolunu keçmək istəyiblər. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Xəsarət alan Mənsurə Quliyeva Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.