XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 08:26

Pakistanın Bakıdakı səfiri: [color=red]“Kəşmir və Qarabağ məsələsində bir – birimizi dəstəkləyirik”

pakistan sefir.jpg

"Biz Kəşmirdə öz hüquqları uğrunda mübarizə aparanlara dəstək olmaq üçün 1990-cı ildən etibarən hər il fevralın 5-ni Həmrəylik Günü olaraq qeyd edirik".

Bunu Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayseri  Kəşmirin Həmrəylik Günü münasibəti ilə keçirdiyi mətbuat konfransında deyib. O, məlumat üçün bildirib ki, 1947-ci ilin oktyabr ayında hind silahlı qüvvələri Kəşmiri işğal edərək, yerli üsyana səbəb olaraq, nəticədə minlərlə kəşmirli dünyasını dəyişib. “1989-cu ildən, Hindistanın Kəşmiri işğalından etibarən 94.233 kəşmirli şəhid olub, 10.151 qadın təcavüzə məruz qalıb, 106.040 ev dağıdılıb, 22.803 qadın dul və 107.485 uşaq yetim qalıb”.  Onun fikrincə, Kəşmir mübarizəsini terrorizm kimi təsvir etmək siyasəti qəbul olunmazdır. Terrorizm regional və beynəlxalq fenomendir və bütün ölkələrin birgə səyləri və əməkdaşlığı bu bəlanın aradan qaldırılmasına kömək edə bilər. Kəşmir mübahisəsinin və kəşmirlilərin mübarizəsinin terrorla heç bir əlaqəsi yoxdur.  Hindistanın Kəşmir işğalı yalnız Cənubi Asiya regionunda deyil, hətta bütün dünyada sülh və təhlükəsizlik üçün ağır təhlükələr yaradır.

“Pakistan Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində dəstəkləyir və Azərbaycan da Pakistanı Cammu və Kəşmir mübahisəsində dəstəkləyir”, – deyən Xalid Usman Qayseri əlavə etdi ki, bu hər iki ölkənin mövqeləri beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının bu məsələlər üzrə qətnamələrinə əsaslanır: “Bu məsələlərdə beynəlxalq hüquq pozulub, əhalinin köçürülməsi baş verib, insan hüquqları pozulub, dini abidələr təhqir olunub, mədəni irs, tarixi binalar məhv edilib, işğalçı qüvvələr tərəfindən atəşkəs  müqavilələri pozulub, işğal edilmiş ərazilərdə demoqrafik dəyişikliklər edilib. Pakistan və Azərbaycan münaqişələrin sülh yolu ilə həllini axtarır. Hər iki münaqişə region üçün təhlükə yaradır”.

Onun sözlərinə görə, Kəşmir xalqına öz müqəddəratını təyinetmə hüquqlarının verilməsi haqqında  BMT TŞ qətnamələrinin öz şəxsi mənfəətləri üçün həyata keçirməyə yardım etməyənlər beynəlxalq sistemin zəifləməsində günahkardırlar.

Laçın SƏMLA