XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 14:15

Qazaxıstanın Müdafiə naziri Azərbaycana gələcək –Bu tarixdə

Bakıda Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyev arasında görüş keçirilib.

Qazaxıstan səfirliyinin Mətbuat xidməti xəbər verir ki, söhbət zamanı tərəflər hərbi-texniki sahədə əməkdaşlığın inkişafı ilə bağlı yüksək səviyyəli razılaşmaların icrasını müzakirə ediblər.

Bu görüş Qazaxıstanın Müdafiə naziri Nurlan Yermekbayevin oktyabrın 29-30-da Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfərindən əvvəl baş tutub.