XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2016 - 09:07

Nəqliyyat Nazirliyindən şikayətçi olan iş adamının intiharının qarşısı alındı – [color=red]Bakıda olay

Bakıda intihara cəhd olub.

Yasamal rayon Polis İdarəsindən apa.az-a verilən məlumata görə, 40-45 yaşlarında kişi Nəqliyyat Nazirliyinin (NN) yaxınlığındakı körpünün üstünə çıxaraq, özünü yandıracağını bildirib. Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə söhbət aparılıb və o, intihar etmək fikrindən daşınaraq, aşağı enməyə razı olub.

Apa.z-ın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs Dönməz Məmmədov adlı sahibkardır. Bildirilir ki, iş adamı probleminin NN ilə bağlı olduğunu deyib. Hazırda nazirliyin məsul şəxsləri onunla görüşürlər.