XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 October 2019 - 15:06

Riçard Almeyda ən dəqiq ötürmə verən futbolçuların siyahısında “5-liy”ə düşüb –Avropa Liqası

UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

İlk üç turda müxtəlif göstəricilərdə fərqlənən futbolçuların siyahısında “Qarabağ”ın da üzvü var.

Ağdam təmsilçisinin yarımmüdafiəçisi Riçard Almeyda dəqiq ötürmə edən oyunçuların siyahısında 5-ci olub. Braziliyalı yarımmüdafiəçinin 246 ötürməsindən 219-u dəqiq alınıb. Almeyda 89 faiz dəqiqliklə çıxış edib. İlk pillədə isə İspaniya “Sevilya”sının müdafiəçisi Jül Kunde qərarlaşıb. Fransalı oyunçunun 303 ötürməsindən 295-i dəqiq olub.

Avropa Liqasında üç turdan sonra ən çox qol vuran komanda “Arsenal”dır. İngiltərə təmsilçisi üç oyunda 10 dəfə fərqlənib.

Ən çox qol vuran oyunçu isə Slovakiyanın “Slovan” (Bratislava) komandasından Andraz Sporardır. Sloveniyalı hücumçu 4 dəfə rəqib qapılarına yol tapa bilib.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda Kipr APOEL-i ilə heç-heçə edib – 2:2. (Report)