Azərbaycanda 2023-cü ildə 28 681,9 QVt-saat elektrik enerjisi istehsal ediləcək, bu da 2019-cu il üçün verilən proqnozla müqayisədə 8,1% çoxdur.
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə əsasən, 2019-cu ildə ölkədə 26 528,8 QVt-saat elektrik enerjisi istehsal ediləcək.
Proqnoza əsasən, elektrik enerjinin istehsalı 2020-ci ildə 27 269,3 QVt-saat, 2021-ci ildə – 27 731,1 QVt-saat, 2022-ci ildə isə 28 202,5 QVt-saat təşkil edəcək.
Qeyd edək ki, ötən il Azərbaycanda 25 229,2 QVt-saat elektrik enerjisi istehsal edilib.