XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 October 2019 - 20:25

320 ton kolbasa məhv ediləcək –Xəstəlik aşkarlandı

Almaniyanın Hesse federal torpağında 320 ton kolbasa məhv ediləcək.

Trend-in məlumatına görə, “Wilke” fabrikinin istehsal etdiyi kolbasada listerioz xəstəliyi aşkar edilib.

Bu xəstəlik nəticəsində 3 nəfər vəfat edib.

Qeyd olunur ki, məhvetmə prosesi 2 həftə davam edəcək və 100 min avroya başa gələcək.

Bu prosesdə, həmçinin fabrikin 20-yə yaxın əməkdaşı da iştirak edəcək.