XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

25 Oktyabr 2019 - 22:57

Tovuzda baş verən silahlı insidentin təfərrüatları məlum olub

Tovuz rayonunda baş verən silahlı insidentin təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılıb.

Məlum olub ki, Abdıyev Nəriman Mirzə oğlu ilə Qasımov Habil Əli oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Nəticədə A.Nəriman “Makarov” tipli tapanca ilə havaya iki dəfə atəş açıb.

Açılan atəş nəticəsində heç kim xəsarət almayıb.

Hadisə yerinə gələn polis əməkdaşları Abdıyev Nəriman Mirzə oğlunu müvafiq polis şöbəsinə aparıblar. Hazırda faktla bağlı araşdırma aparılır.

***

Tovuz rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Belə ki, Abdıyev Nəriman Mirzə oğlu “Makarov” tipli tapanca ilə Qasımov Habil Əli oğluna atəş açıb. Nəticədə H.Qasımov yaralanıb.

Hadisəyə kənd qəbiristanlığında mal-qara otarılması üçün yaranmış mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır. (Report)