XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2019 - 12:08

Belarus parlamentinin sədri:"Bu gün dünya özünün növbəti çətin dövrünü yaşayır"

Bu gün dünya özünün növbəti çətin dövrünü yaşayır, qlobal siyasət getdikcə daha anlaşılmaz olur.

Trend-in məlumatına görə, bunu Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə debat müzakirələrində deyib.

Sədr qeyd edib ki, terrorizm, iqlim dəyişikliyi, nüvə silahlarının yayılması kimi mühüm çağırışlar birgə fəaliyyət göstərilməsini zəruri edir: “Lakin etimadın olmaması bu istiqamətdə fəaliyyət göstərməyə mane olur. Ona görə də biz ilk növbədə dövlətlər arasında etimadı möhkəmləndirməliyik”.

V.Andreyçenko vurğulayıb ki, Belarus bir sıra yeni ideyalar və təkliflərlə çıxış edir. Onun sözlərinə görə, Belarus yeni dünya düzəni adlı konfransının keçirilməsini, Hərəkatın uzunmüddətli strateji sənədinin hazırlanmasını təklif edir: “Biz bundan sonra da dövlətlərin suvrenliyinin, müstəqilliyinin, dövlətlərin daxili işlərinə müdaxilə olunmamasının, münaqişələrin dinc yolla həllinin tərəfdarı olacağıq”.