XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 12:25

Polkovnik Zaur Fətəliyev: [color=red]“Narkomaniya daha böyük cinayətlərin mənbəyi və təşviqedicisidir”

zaur-1.jpg

Bu gün Bakı şəhəri, Nərimanov rayonundakı 82 saylı orta məktəbdə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi (NMİ) tərəfindən “Narkotiklərə yox deyək!” mövzusunda antinarkotik təbliğat tədbiri təşkil olunub.

Xatırladaq ki, bu tədbirlər “Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə üzrə (2013-2018-ci illər)” Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə müxtəlif polis idarələri ilə birgə həyata keçirilir.

Bu dəfə Nərimanov rayonunda təşkil edilən tədbirdə BŞBPİ-nin NMİ-nin rəisi polis polkovniki Zaur Fətəliyev, Nərimanov RPİ-nin rəisi polkovnik İsmayıl Əsədov, BŞBPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölmənin baş inspektoru polis mayoru Məryəm Ömərova, Nərimanov RPİ-nin narkotiklərlə mübarizə bölməsinin rəisi polis mayoru Anar Məmmədov, BŞBPİ-nin Narkotiklərələ mübarizə və İctimai Təhlükəsizlik İdarələrinin, həmçinin Nərimanov RPİ-nin əməkdaşları, eləsə də Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli, 82 nömrəli məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri açan Nərimanov RPİ-nin rəisi İsmayıl Əsədov  çıxışında Azərbaycanın gələcəyi olan şagirdlərin həyat və sağlamlıqlarına istiqamətləndirilmiş hər cür qəsdlərdən qorunmasının Azərbaycan Polisinin əsas vəzifələrindən biri olduğunu vurğulayaraq, narkotiklərin fəsadları və ziyanı, həmçinin ona qarşı mübarizənin zəruriliyi barədə də fikirlərini bildirib.

Digər çıxışçı – BŞBPİ-nin NMİ rəisi, polis polkovniki Zaur Fətələyev isə narkomaniyanı hazırda terrordan da dəhşətli cinayət növü kimi xarakterizə edərək, ona qarşı təkcə polisin deyil, bütün cəmiyyətin birgə mübarizə aparmalı olduğunun vacibliyini önə çəkib. Narkotik və psixotrop maddələrin təsnifatı, fərdin özünə və ətrafına ziyanları barədə danışan polkovnik Zaur Fətəliyev bildirib ki, bir çox hallarda əksəriyyətin adi, ötəri və daha çox fərdin özünəməxsus xəstəliyi kimi baxdığı  narkomaniya, əslində bütün cəmiyyət üçün ciddi təhlükə törədən daha böyük cinayətlərin mənbəyi və təşviqedicisidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri barədə də geniş məlumat verən polkovnik Zaur Fətəliyev bu sahədə aparılan dövlət siyasətindən bəhs edib, eyni zamanda vurğulayıb ki, yeniyetmələr arasında bu cinayətə meylliliyin qarşısını almaq üçün maarifçilik, təbliğat işlərinin, həmçinin polis-cəmiyyət əlaqələrinin gücləndirilməsinə daha çox ehtiyac var.

Tədbirdə Narkoloji Dispanserin həkimi, həmçinin 82 saylı məktəbin müəllimləri də mövzu ətrafında maraqlı çıxışlar edib, şagirdlərə öz tövsiyələrini çatdırıblar.

zaur-22.jpg

zaur-2.jpg

zaur-3.jpg

zaur-4.jpg